12:30 04.11.2022 235

"Qəbələ" azarkeşlərindən AFFA-ya etiraz

Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ" səfərdə "Sabah"ın qonağı olub və 1:2 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, sözügüdən qarşılaşmada əyalət klubunun azarkeşləri tərəfindən iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı aşkarlanıb. 

Bu səbəbdən AFFA-nın İntizam Komitəsi “Qəbələ” azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə görə, klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyub. Beləliklə, 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşləri stadiona buraxılmayacaq. Bundan əlavə klub 4000 manat cərimə ödəyəcək.

AFFA İK-nın qərarına etiraz edən "Qəbələ"nin "Red Black Army" azad azərkeş qrupu sosial şəbəkə üzərindən bəyanat yayıblar:

"Oktyabrın 30-da baş tutan “Sabah - Qəbələ” matçında baş vermiş hadisələrlə bağlı açıqlama verməyi özümüzə borc bilirik.

Oyundan öncə stadiona qədər yürüşümüz baş tutub. Bu zaman azərkeşliyin qaydalarına uyğun bəstə və şüarlarla komandamızın şanına nəğmələr səsləndirmişik. Bu vaxt ərzində yerli camaat və azərkeşlərlə heç bir insident yaşanmamışdır. Stadionda təhlükəsizliyi təmin etməli olan rəqib klub adətən tribunada qarşılaşan azərkeşlər arasında bir və ya bir neçə sektor ara verməlidir. Lakin sadəcə göz boyamaq üçün mövcud olan bacarıqsız klubunun adi təhlükəsizlik qaydalarını bilməməsi bizi heyrətə gətirir. "Sabah" klubunun adi təhlükəsizlik tədbirlərini yaxşı təmin edə bilməməsi nəticəsində azarkeş qrupumuzun olduğu sektora birləşik tribunada yerli azarkeşlərlər ilə aramızda insident baş verdi. Matçın gedişində adi camatın qrupumuzu başqa yığma “azərkeş qrupları” ilə qarışdırması və azarkeşlərin olduğu tribunadan üzvlərimizə təhqirlər yağdırması vəziyyəti çıxılmaz hala salmışdır. “Red Black Army” azad azərkeş qrupu heç zaman aqressiv bir qrup olmamışdır. Lakin ona edilən hər hansı hücumun cavabını lazımı şəkildə vermişdir.

Bəyan edirik ki, klubumuza verilən cərimələrə görə məyusuq. Lakin bu qərarların düzgün olmadığını və təhlükəsizliyi təmin edilməməsi üçün məsuliyətin rəqib klubunda olduğunu düşünürük. “1-in üstünə 5-ni qoyub” cərimələr yağdıran AFFA bunu əvvəlki illərdə də göstərmişdir.

Bu qədər absurd qərarı verən qurumun tək məqsədi illərlə olduğu kimi yenədə Qəbələyə zərər vermək istəməsidir. Biz belə uydurma cərimələri çox əvvəllərdə görmüşük . Keçən illərdə Gəncədə və başqa oyunlarda rekord məbləğlərdə cərimələnəndə də hər şeyin fərqində idik. Rəqib meydanda olan insidentlərə görə ev oyununda azərkeşsiz oynama qadağasının verilməsinə isə sadəcə gülürük. “Red Black Army” azad azərkeş qrupu olaraq hər zaman komandamızın yanında olacağıq . Heç bir cərimə və cəzalar bizim dəstəyimizin önünü kəsə bilməz".

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X