“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, o, Suriya və Omanla yoldaşlıq görüşləri üçün heyətə cəlb olunacaq.
Belə ki, Belarusun baş məşqçisi Georgi Kondratyev 23 nəfərlik siyahıya 22 yaşlı forvardın adını da daxil edib. Boqomolski noyabrın 17-də və 20-dəki qarşılaşmalarda çalışdırıcının sərəncamında olacaq. Komanda ayın 13-də təlim-məşq toplanışı məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Suriya ilə oyun sözügedən ölkədə baş tutacaq. Omanla görüşün yeri hələ bəlli deyil.
Boqomolski noyabrın 12-də Premyer Liqanın XIV turunda “Qəbələ” ilə keçiriləcək matçdan sonra yığmasının düşərgəsinə yollanacaq.