"Flamenqo"nun prezidenti əvəzedici heyətə düşəcəyi üçün Kriştianu Ronaldu ilə müqavilə imzalamayacağını bildirib.
Fanat.Az xəbər verir ki, "A bola" klub prezidenti Rudolfo Landinin bu bardə dediklərini belə çatdırıb:
"Bu şayiələri kimin uydurduğunu bilmirəm. Əvvəla, görəsən, o, klubda kimin yerini tutacaq? O, ancaq ehtiyyat oyunçular skamyasında oturacaq. Hələ üstəlik ona yüksək maaş da verməliyəm. Neynirəm belə futbolçunu? Mətbuatda oxuduqlarıma görə, ona iki il ərzində 242 milyon dollar, yəni ay 10 milyon dollar ödənilməlidir. Belə bir ağılsızlıq etmərəm. Heç zaman".
Emin