Avropa Liqasının son turunda "Feyenoord"un qonağı olan "Latsio" yerli azarkeşlərin böyük təzyiqinə məruz qalıb.
Fanat.Az xəbər verir ki, bu haqda oyunsonrası mətbuat konfransında danışan İtaliya təmsilçisinin baş məşqçisi Mauritsiu Sarri niderlanlı tərəfdarların onların üzərinə "sidik torbaları" atdığını iddia edib:
"Feyenoord" azarkeşləri ehtiyat oyunçular skamyamızın üstünə sidik kisələri atırdılar. Təbii ki, belədə narahatlıq yaranır. Mən hətta hakimlərin qərarlarından danışmıram. Hakim bir oyunçuya arxadan 7-8 qayda pozuntusu etmək icazəsi verdi ki, yəqin bu yeni qaydadır. Əvəzində bizim futbolçu sarı vərəqə aldı. Qol epizodunda iki qayda pozuntusu var. Biri mənim ehtiyat oyunçular skamyamın qarşısında edildi. Kanselyeriyə qarşı aşkar kobudluq var idi. Davamında Patrik açıq şəkildə təzyiqə məruz qaldı. O hakimi yenidən görmək istərdim".
Qeyd edək ki, "Latsio" "Feyenord"a 0:1 hesabı ilə uduzub. Nəticədə F qrupunda mübarizə aparan 4 komandanın hamısı 8 xal toplayıb. Ancaq şəxsi görüşlərdəki üstünlük səbəbindən "Feyenoord" və "Midtüllan" AL-də mübarizəni davam etdirib, "Latsio" isə Konfrans Liqasına düşüb.
Mirağa