"Turan Tovuz" - "Şamaxı" oyununda qonaq komandanı bir əlin barmaqlarına sığacaq qədər azarkeş izləyib.
Fanat.Az xəbər verir ki, səfər oyununa Şamaxıdan cəmi 4 azarkeş yollanıb.
Ancaq məhz həmin sadiq azarkeşlərə komandanın bu mövsüm Premyer Liqada ilk qələbəsini görmək nəsib olub.
"Şamaxı" "Turan Tovuz"u səfərdə 3:1 hesabı ilə məğlub edərək autsayder xallarını 7-yə çatdırıb.
Nihat