"Şamaxı"nın kapitanı Elvin Məmmədov Misli Premyer Liqasının XIII turu çərçivəsində bu gün "Turan Tovuz"la keçirilən oyunda yerli azarkeşlərin fərqli reaksiyası ilə üzləşib.
Fanat.Az xəbər verir ki, yerli publika üçün tanış sima olan təcrübəli yarımmüdafiəçi oyunboyu təzyiqlə üzləşsə də, əvəzlənərkən alqışlanıb.
34 yaşlı futbolçu buna əlini ürəyinin üzərinə qoymaqla və alqışla qarşılıq verib. Bununla belə, "Şamaxı"ya məğlubiyyəti həzm edə bilməyən azsaylı tərəfdarlardan ona təzyiq göstərənlər də tapılıb.
Qeyd edək ki, "Şamaxı" bu mövsüm ilk qələbəsini "Turan Tovuz" üzərində qazanıb - 3:1.
Nihat