"Turan Tovuz" - "Şamaxı" matçından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovla yerli tərəfdarlar arasında gərginlik yaşanıb.
Fanat.Az xəbər verir ki, komandanın oyunundan razı qalmayan tələbkar azarkeşlər çalışdırıcıya irad bildiriblər.
"Bu nə oyundur", "Rəqib ilk qələbəsini niyə Tovuzda qazanmalıdır" kimi iradları eşidən 41 yaşlı məşqçi soyunub-geyinmə otağına gedən tunelin girişində narazı şəxslərə eyni tonda etiraz bildirib. Qısa atmacalardan sonra Abasov paltardəyişmə otağına gedib.
Qeyd edək ki, Misli Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Şamaxı" matçı 1:3 hesabı ilə başa çatıb.
Nihat