Azərbaycanın bodibildinq komandası Santa-Susannada (İspaniya) keçirilən dünya çempionatında ilk medalını qazanıb.
Fanat.Az xəbər verir ki, Vüqar Verdiyev ("masters", 90 kq) yarışın gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, Verdiyev bu il həm də qitə birinciliyində ikinci olub.