13:59 05.11.2022 800

"Bu gün mən "Şamaxı"dan maaş alıram" - Elvin Məmmədov

Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” evdə “Şamaxı”ya 1:3 hesabı ilə məğlub olub.

Fanat.Az-ın məlumatına görə, qarşılaşmanın ardından qonaqların kapitanı Elvin Məmmədov oyun barədə jurnalistlərin suallarını cavablandırıb

- Tovuza “Şamaxı”nın kapitanı kimi gəlmək necə bir hissdir?
- Biz futbolçuyuq. Bundan öncə başqa klublarda da kapitanlıq etmişəm. Buna normal baxıram. Ancaq bir tovuzlu kimi deyim ki, belə azarkeşin önündə oynamaq adama ləzzət edir. Əvəzlənəndə də azarkeşlərin reaksiyasını görüb fəxr edirdim ki, onların simpatiyasını qazanmışam.

- Meydana çıxanda düşündünmü ki, kaş öz yerlilələrinin, azarkeşlərinin qarşısında rəqib kimi oynamayaydın?
- Xeyr, belə şey olmayıb. Bu gün mən “Şamaxı”da çıxış edirəm, oradan maaş alıram. Ona görə də belə fikir olmayıb. Bu həm də bizim işimizdir.

- Nəhayət ki, “Şamaxı” ilk qələbəsini qazandı…
- Həqiqətən çox sevinirəm. Oyunlar var idi ki, yaxşı olsaq da, qələbə heç cür gəlmirdi. Ancaq bu səfər bunu bacardıq. Olduqca sevincliyəm. Ümid edirəm ki, ilk üç xalımızdan sonra komandaya güvən gələcək.

- Bəzi azarkeşlər sənə söz atırdılar. Buna münasibətin necədi?
- Normal baxıram. Hər halda komandaları uduzursa, narazılıqları başa düşüləndir. Ancaq açığı, mən nəsə dediklərini eşitmədim. Əgər olubsa da, normal baxıram.

- Karyeranı “Turan Tovuz”da bitirmək istəyərsən?
- Bunu zaman göstərəcək. Bizim daha öncə “Turan Tovuz”la danışıqlarımız olmuşdu. Ancaq alınmadı. Belə baxanda, niyə də olmasın& Əsas odur ki, bura futbol qayıdıb, inkişaf var, azarkeşlər stadiona gəlir. Canlanma hiss olunur.

- Sonuncu dəfə bu meydanda oynadığın görüşü xatırlayırsan?
- Səhv etmirəmsə, qazonun ot vaxtı idi. Düzdür, biz Şamaxıda süni örtüyə öyrənmişik, elə burada da eyni şeydi. Ancaq etiraf edək ki, Tovuzda çox şey dəyişib, düzəlib. Hər şey çox yaxşıdı.

- Bəzi matçlarda təcrübəli futbolçu kimi oyunçuları danlayırsan. Xüsusilə də Kamran Quliyevi. Belə deyək, nəsə sözünüzə baxmırlar, yoxsa başqa problemlər olur?
- Bəzən mən də aqressiv oluram. Elə epizodlar olur ki, onlara reaksiya verməmək mümkün deyil. Bu görüşdə də ola bilər. Həmişə deyirəm ki, meydanda olan meydanda qaldı. Kənarda yoldaşıq, dostuq. Onlar da sağ olsunlar, hörmətimi saxlayırlar. Sadəcə mən istəyirəm ki, daha yaxşı olsunlar, inkişaf etsinlər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
01:22

İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

01:10

"Fənərbağça" Avroliqanın qalibi oldu

01:04

İtaliya A Seriyası: 2024/2025 mövsümü yekunlaşdı

00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

00:23

DÇ: Türkiyə millisi qrupdan çıxa bilmədi

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

Facebookdan bizi izləməyi unutmayın.
X