Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Bakıda keçirilən "Böyük Dəbilqə" turniri ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, IJF rəhbəri "Twitter" hesabında bu sözləri yazıb:
"Azərbaycanda izdiham böyükdür! Gənc nəsil cüdoçular ölkədə bu növün güclü inkişafının sübutudur".
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə'sində 61 ölkədən 366 cüdoçu iştirak edir. Yarış noyabrın 6-da başa çatacaq.