Cüdo üzrə Azərbaycan yığması Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ümumi sıralamasında liderliyini möhkəmləndirib.
Fanat.Az xəbər verir ki, yarışın ilk iki günündən sonra ölkəmizin hesabında 5 mükafat var.
Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medallara sahib çıxıblar.
İkinci yerdə 1 qızıl və 1 gümüş mükafatla Niderlanddır. Onlar əlavə göstəricilərə görə Kanadanı qabaqlayır.
Ümumilikdə turnirdə 61 ölkədən 24-nün təmsilçiləri medal qazana bilib.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə bu gün yekun vurulacaq. Sonuncu gündə Azərbaycanın daha 12 təmsilçisi tatami üzərinə çıxacaq.