Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib.
Rəqibinə "ippon"la qalib gələn Kotsoyev yarışın qalibi olub.
90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxanov bürünc medal uğrunda macarıstanlı Rixard Sipoçla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.
***
Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki sonuncu yarış günündə təmsilçilərimizdən biri finala vəsiqə qazanıb. Digər iki cüdoçumuz isə bürünc medal uğrunda görüşə çıxacaq
100 kq çəki dərəcəsində yer alan Zelim Kotsoyev yarımfinalda macarıstanlı Jombor Veqi yenərək finala yüksəlib. Həlledici dueldə onun rəqibi Aleksandr Kukol (Serbiya) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi olacaq.
100 kq-dan yaxarı çəkidə Camal Qamzatxanov üçüncü yer uğrunda macarıstanlı Rixard Şipotsla qüvvəsini sınayacaq.
Məmmədəli Mehdiyev (90 kq) təsəlliverici görüşdə komanda yoldaşı Murad Fətiyevlə üz-üzə gələcək. Duelin qalibi bürünc üçün gürcüstanlı Luka Maysuradze ilə görüşəcək.
Qeyd edək ki, əvvəlki iki gündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıblar. Bu nəticə ilə ölkəmiz hazırda 61 ölkə arasında birinci sırada qərarlaşıb.