“Mollayi bir idmançıdan daha çoxdur. Yaşadıqlarına və ətrafındakı hamıya böyük hörmət bəsləyən insandır. İndi Səid öz evində - Azərbaycandadır və xalq onu çox sevir”.
Fanat.Az xəbər verir ki, bu fikirlər Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında Bakı "Böyük Dəbilqə" turnirinin ikinci günü ilə bağlı dərc olunan "Səid, Səid, Səid" başlıqlı məqalədə qeyd olunub.
"O, finalda belçikalı üç qat dünya mükafatçısı Mattias Kasse ilə üz-üzə gəlirdi. Onların döyüş tərzləri fərqli olsa da, peşəkarlıqları yüz faiz uyumludur. Bu səbəbdən baxımlı final oldu. Rəqibini "vaza-ari" xalı ilə məğlub edən Mollayi ölkəsinə üçüncü qızıl medal qazandırdı. Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və Bakı "Böyük Dəbilqə" turnirinin ikinci günü Azərbaycan üçün ayaq üstdə, himnin sədaları altında bitdi" - deyə, IJF vurğulayıb.