18:27 06.11.2022 282

Mahmud Qurbanov: "Bu dəfə ustalıq çatmadı"

Misli Premyer Liqasının 13-cü turunda öz meydanında “Sabah”a 0:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Mahmud Qurbanov komandasının məğlubiyyətini şərh edib.

Fanat.Az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:

“İlk növbədə klubumuz adından hər kəsi qarşıdakı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, matça yaxşı başlamışdıq. Amma sonradan rəqib üstünlüyə yiyələndi. Uduzanda deyiləsi söz çox olur. Lakin mətbuat yox, futbolçular üçün. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik”. 

- İlk dövrədə səfərdə “Sabah”dan xal almışdnız. Bu dəfə nə çatmadı?

- Bu dəfə ustalıq çatmadı. Son oyunlarda fərdi səhvlərdən qollar buraxırıq. Bu gün qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Rəqibin fərdi ustalığı və fərdi səhvlərimiz qələbəyə imkan vermədi. 

- 13 turdan sonra 10 xal toplamısınızz. Baş məşqçi təyin olunarkən bu nəticəni gözləyirdiniz?

- Xeyr, daha yuxarı pillələrdə olacağımızı gözləyirdim. Reallıq odur ki, aşağı "dördlük"dəyik. Amma əlimizi yanımıza salmayacağıq, Sona kimi mübarizə aparacağlıq. 

- Çox üzgün görünürsünüz...

- Məğlubiyyət həmişə əhval-ruhiyyəyə təsir edir. Çalışırıq əlimizdəki futbolçulara şans verək. Məni ən çox narahat edən odur ki, onlar bunu başa düşmürlər.

- Görünür ki, heyət mütləq güclənməlidir. Artıq indidən bu barədə fəaliyyətə başlamısınız?

- Qarşıda hələ çox oyunlar var. Bu gün əsas heyətin 4 üzvü meydanda yox idi. 2 nəfər cəzalı, 2 nəfər isə zədəli idi. Futbolda müdafiə olunmaq asandır, amma hücum edən zaman çox güc düşür. Bu gün sağ cinahda pis təsir bağışlamasaq da, sol cinahda axsayırdıq. İndidən transferlər barədə düşünmürük. Amma ümumilikdə təbii ki, güclənməliyik.

- Qapıçı dəyişikliyi nə ilə bağlı idi: zədə, yoxsa oyununa görə Hüseynqulu Quliyevi əvəzlədiniz?

- Hər iki amilimn təsiri oldu, Keçən oyun müdafiəçi, bu gün qapıçı səhv etdi. Lakin sona qədər gənclərə dəstək olacağıq. Bacardığımız şeyləri etməliyik. 

- İndidən qış transfer pəncərəsi üçün gözaltı etdiyinzi futbolçular var?

- Maraq dairəmizdə olan futbolçular var. Xüsusən də yerliləri heyətə qatmaq istərdik. Lakin indiki halda əlimizdəki heyətlə ilin sonuna qədər mübarizə aparacağıq.

- Sizin necə futbolçu olmağınız hamıya məlumdur. İndi komandanızın bu cür futbol sərgiləməsi sizə necə təsir edir?

- Komandamızın belə oyunu tək mənə yox, məncə, hamımıza pis təsir edir. Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm. Nəsə düzəltmək istəyirik. Lakin  yaxşı komanda qurmaq tez əmələ gəlmir. Bəhanə gətirmək istəmirəm, amma vaxt lazımdır və istədiyimiz futbolçuları heyətə qatmalıyıq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X