Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalın cavab qarşılaşması çərçivəsində Bakı Voleybol Mərkəzində Avstriyanın “UVC Qrats” kollektivi ilə qarşılaşacaq.
Matç saat 18:00-da başlayacaq.
Ötən gün baş tutan və rəqibin nominal meydan sahibi olduğu ilk görüş Azərbaycan təmsilçisinin "quru hesab"lı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:13, 25:18, 25:20).
Qeyd edək ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 (25:19, 25:18, 25:20) və 3:1 (23:25; 25:18; 25:20; 25:17).