Dekabrın 3-4-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə ilin son "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yarışa hələlik iki qadın cüdoçu sifariş edib.
Bunlar 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyevadır.
Qeyd edək ki, bu günədək turnirdə iştirak üçün 53 ölkədən ümumilikdə 258 cüdoçu qeydiyyatdan keçib.