Azərbaycanın kişilərdən ibarət "Murov” voleybol klubu Çağırış Kubokunun 1/8 final mərhələsinə yüksələcəyi təqdirdə Niderland və Lüksemburq klublarından biri ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv 1/16 final mərhələsinin cavab matçı çərçivəsində bu gün “UVC Qrats”la (Avstriya) üz-üzə gələcək. Bakı Voleybol Mərkəzində təşkil olunacaq matç saat 18:00-da start götürəcək.
Bu klublar arasında ötən gün baş tutan ilk qarşılaşma "Murov"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
1/16 finalın qalibi "Stroosen" (Lüksemburq) - "Orion" (Niderland) cütündə üstün olan tərəflə münasibətləri aydınlaşdıracaq. Sözügedən komandalar arasında ilk matç bu gün, cavab qarşılaşması isə noyabrın 16-da keçiriləcək.