Növbəti həftə qadınlar arasında 3x3 basketbol üzrə Azərbaycan Liqasına start veriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası yarışda iştirak etmək istəyən komandaların qeydiyyatına başlayıb.
Liqanın ilk turu noyabrın 20-də Texniki Universitetin idman zalında keçiriləcək.
