"Meltwater Champions Chess Tour" seriyasının sabah start götürəcək final mərhələsində mübarizə aparacaq Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun oyunlarının təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster 8 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə təşkil olunacaq yarışda ilk görüşünü hindistanlı Rameşbabu Praqqnanandhaya qarşı keçirəcək.
Məmmədyarovun oyunlarının cədvəli aşağıdakı kimidir:
14 noyabr. Rameşbabu Praqqnanandha (Hindistan) - Şəhriyar Məmmədyarov
15 noyabr. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa)
16 noyabr. Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov
17 noyabr. Şəhriyar Məmmədyarov - Arcun Eriqaysi (Hindistan)
18 noyabr. Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
19 noyabr. Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov
20 noyabr. Şəhriyar Məmmədyarov - Le Quanq Liem (Vyetnam)
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.