Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gələcək.
Tərəflər 4 qarşılaşmada münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, 8 şahmatçının mübarizə apardığı və dairəvi sistemlə 7 turdan ibarət turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.