Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.
Qarşılaşmanın ilk partiyasında Məmmədyarov üstün olub, ikinci görüş heç-heçə nəticələnib. Üçüncü partiyada rəqib, dördüncü oyunda isə yenidən Şəhriyar üstün olub. Beləliklə, təmsilçimiz yekunda rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib.
Digər görüşlərə gəldikdə, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli Sonu, Yan-Kşiştof Duda (Polşa) Arcun Eriqaysini (Hindistan), Aniş Giri (Niderland) Le Kuanq Liemi (Vyetnam) yenib.
Qeyd edək ki, dairəvi sistemlə 7 turdan ibarət turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.