Azərbaycan şahmatçısı Eltac Səfərli 25-ci Bavariya açıq çempionatında ikinci yeri tutub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster son turda yunanıstanlı Stellios Kalkiosla heç-heçə oynayaraq xalını 7-yə çatdırıb.
Daha 13 iştirakçı turniri eyni nəticə ilə başa vurub.
Əlavə göstəricilərə görə, Eltac Anton Korobov (Ukrayna), Vahap Sanal (Türkiyə), Narayan Qopal (Hindistan), Liviu-Diter Nisipyanu (Almaniya) və digərlərlərini qabaqlayaraq ikinci olub.
Qalib isə almaniyalı Yan-Kristian Şröder olub.