"Turan Tovuz"ın futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi yığmanın yoldaşlıq oyunları üçün heyətə cəlb olunub.
CAR yığması noyabrın 17-də Mozambik, üç gün sonra isə Anqola ilə üz-üzə gələcək.