Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun II turunda polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 1,5:2,5 hesabı ilə uduzub. Təcrübəli şahmatçı III turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
O, hazırda 8 şahmatçı arasında 3 xalla 5-ci pillədə qərarlaşıb. İti zəka sahibi ilk turda hindistanlı Rameşbabu Praqqnanandhaya qalib gəlmişdi - 2,5:1,5.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.
***
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın II turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.
Təmsilçimiz ilk turda hindistanlı Rameşbabu Praqqnanandhanı 2,5:1,5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dairəvi sistemlə 7 turdan ibarət turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.