Futbol üzrə Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Enea Yorqyiyə İlir Tartaray və Doyando Miftari laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.