Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
Fanat.Az xəbər verir ki, həmyerlimiz bu gün CEV kubokunun 1/16 final mərhələsinin matçını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında “Dinamo” (Buxarest, Rumıniya) - “Lüneburq” (Almaniya) qarşılaşmasının baş hakim olacaq.Matçın ikinci hakimi vəzifəsini isə bosniyalı Jasmin Huseynoviç yerinə yetirəcək.