"Milan" klubunun rəsmisi Adriano Galliani "Mançester Siti"nin argentinalı oyunçusu Karlos Tevez ilə maraqlanmadıqlarını bildirib.
İdman24.az xəbər verir ki, 2009-cu ildə "Mançester Yunayted"dən "Siti"yə transfer olunan oyunçu ilə italyan təmsilçinin maraqlandığı iddia olunurdu.
Bunlara münasibət bildirən Galliani "Tevez transfer gündəmimizdə deyil. Bizim hücumçuya ehtiyacımız yoxdur", deyib.
İdman24.az