Topaz Premyer Liqasının XXIX turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, turun oyunları əvvəlcədən planlaşdırıldığı kimi 3 yox, 2 gündə keçiriləcək.
Belə ki, “Rəvan” - “Sumqayıt” matçının keçirilmə tarixi dəyişdirilib. “Rəvan”ın PFL-ə müraciətini və “Sumqayıt”ın razılıq məktubunu nəzərə alan qurum matçı aprelin 4-dən 5-ə keçirib. Qarşılaşma 17.00-da başlayacaq. Eyni saatda AZAL - "Qarabağ" matçına da start veriləcək. Həmin gün baş tutacaq "Xəzər Lənkəran" - "Qəbələ" matçı isə bir saat sonra başlayacaq.
Tura aprelin 6-da baş tutacaq iki oyunla yekun vurulacaq. Saat 15.30-da "Neftçi" - "Bakı", 30 dəqiqə sonra "Simurq” - “İnter” oyunları start götürəcək.
5 aprel
Rəvan - Sumqayıt
"Bayıl Arena". Saat 17.00.
AZAL - Qarabağ
"AZAL Arena". Saat 17.00.
Xəzər Lənkəran - Qəbələ
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 18.00.
6 aprel
Neftçi - Bakı
"Bakcell Arena". Saat 15.30.
Simurq - İnter
Zaqatala şəhər stadionu. Saat 16.00.
Fanat.az