Niderlandın “Orion” komandası Çağırış Kubokunun 1/8 final mərhələsində Azərbaycanın “Murov” voleybol klubuna rəqib olub.
Fanat.Az xəbər verir ki, "zanbaqlar ölkəsi" təmsilçisi 1/16 final mərhələsində Lüksemburqun “Stroosen” kollektivini hər iki oyunda 3:0 hesabı ilə məğlub edib.
1/8 final görüşlərinin vaxtı hələ müəyyənləşməsə də, reqlamentə əsasən, Murov ilk oyununu səfərdə keçirməlidir.
Xatırladaq ki, Azərbaycan çempionu bu mərhələyədəky "Varazdin" (Xorvatiya) və "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb.