Bu gün Bakı İdman Sarayında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası üçün təlim keçirib.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Antidopinq maarifləndirmə proqramı” çərçivəsində reallaşıb.
İştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, futzalçıları maraqlandıran suallar cavablandırılıb.