Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster IV turda hindistanlı Arjun Eriqaysi ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 1:3 hesabı ilə uduzub.
Bu, təmsilçimizin yarışda ardıcıl üçüncü məğlubiyyəti olub. İlk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenən Məmmədyarov növbəti görüşlərində, müvafiq olaraq, polşalı Yan-Kşiştof Duda və norveçli dünya çempionu Maqnus Karlsenə uduzub.
Şəhriyar hazırda 3 xalla Arjunla 7-8-ci yerləri bölüşdürür.
Təcrübəli şahmatçı növbəti turda ABŞ-ı təmsil edən Uesli So ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.