Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada təşkil olunan beynəlxalq turnirə qələbə ilə başlayıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster açılış turunda ev sahibi Ditmar Vaysmanna qalib gəlib.
Qeyd edək ki, turnirdə 188 şahmatçı mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.