Cüdo üzrə qadınlardan ibarət Azərbaycan yığmasının 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb.
Fanat.Az xəbər verir ki, 13 noyabrda başlayan hazırlıq prosesi 23 noyabra qədər davam edəcək. Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak edir.
Cüdoçularımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.
Təlim-məşq prosesi qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyır.