Dekabr ayının 2-dən 4-dək kişilər arasında və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək.
Fanat.Az xəbər verir ki, çempionatların təşkilində əsas məqsəd 25-30 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.
Qadınların çempionatında beynəlxalq əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı, kişilərin çempionatında isə beynəlxalq əmsalı (klassik, rapid, blits) 2400-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.