İtaliyanın Assizi şəhərində veteran şahmatçılar arasında dünya çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, yarışda yaşı 65 yaşdan yuxarı olan şahmatçıların kateqoriyasında ölkəmizi veteranlar arasında Azərbaycan çempionatının qalibi Fikrət Sideifzadə təmsil edir.
Üç turdan sonra Fikrət Sideifzadə və daha 10 veteran şahmatçı ilə birgə maksimum nəticə göstərib.
Dördüncü turda Fikrət Sideifzadə əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında 51 ölkədən 352 şahmatçı iştirak edir. Turnir 11 turdan ibarətdir.