Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster V turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub.
Bu, təmsilçimizin yarışda ardıcıl dördüncü məğlubiyyəti olub. İlk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenən Məmmədyarov növbəti görüşlərində, müvafiq olaraq, polşalı Yan-Kşiştof Dudaya, norveçli dünya çempionu Maqnus Karlsenə və Arjun Eriqaysiyə (Hindistan) uduzub.
Şəhriyar hazırda 3 xalla turnir cədvəlinin sonuncu - 8-ci pilləsində yer alıb.
Təcrübəli şahmatçı növbəti turda Niderlandı təmsil edən Aniş Giri ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.