Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster VI turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.
İlk turda hindistanlı Rameşbabu Praqqnanandhanı yenən Məmmədyarov növbəti görüşlərində, müvafiq olaraq, polşalı Yan-Kşiştof Dudaya, norveçli dünya çempionu Maqnus Karlsenə və Arjun Eriqaysiyə (Hindistan) uduzub.
Şəhriyar hazırda 3 xalla turnir cədvəlinin sonuncu - 8-ci pilləsində yer alıb.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.