Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen vaxtından əvvəl “Champions Chess Tour” seriyasının final turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, Karlsen sonuncudan əvvəlki - altıncı turda hindistanlı Rameşbabu Praqqnanandhaya 2,5:0,5 hesabı ilə qalib gəlib.
Beləliklə, 32 yaşlı qrossmeyster xalını 17-yə çatdırıb və ən yaxın izləyicisi, ABŞ təmsilçisi Uesli So (12 xal) üçün əlçatmaz olub.