Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması bu gün İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət komandamız Hindistan, Özbəkistan, ABŞ, Polşa və İsraillə B qrupunda yer alıb.
Yarışın ilk günündə Azərbaycan yığması Özbəkistan və ABŞ kollektivləri ilə qarşılaşacaq.
A qrupunda isə Çin, Fransa, Niderland, Cənubi Afrika Respublikası, İspaniya və Ukrayna mübarizə aparacaq.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.