Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirdə uğurlu çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 5 turdan sonra 30 yaşlı qrossmeyster yüz faizlik nəticə göstərib.
O, eyni nəticəyə malik Oleq Korneyevlə (İspaniya) ilk iki pilləni bölüşür.
Qeyd edək ki, turnirdə 188 şahmatçı mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.