Məlum olduğu kimi, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter" komandası Finlandiyanın "Mariehamn" komandası ilə qarşılaşacaq.
Artıq ilk qarşılaşmanın keçiriləcəyi yer də məlum oldu. Belə ki, "İnter" Fin təmsilçisini "Bayıl" stadionunda qəbul edəcək.
Xatırladaq ki, görüş iyulun 4-də baş tutacaq.
İdman24.az