Şimali Makedoniya yığması bu gün Azərbaycan millisi ilə görüşə itkilərlə çıxacaq.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Boyan Miyovski və Ezqan Alioski matçı buraxacaqlar.
Miyovski zədə səbəbindən millimizə qarşı oynamayacaqsa, Alisoki şəxsi məsələlərə görə yığmanın düşərgəsini tərk edib.
Şimali Makedoniya - Azərbaycan matçı saat 17:00-da start götürəcək.