Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının final mərhələsində son görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yeddinci turda Vyetnam təmsilçisi Le Kuanq Liemə 1:3 hesabı ilə uduzub.
Beləliklə, Məmmədyarov yarışı 8 şahmatçı arasında 6 xalla 7-ci yerdə başa vurub. Dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.