Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" klubu ölkə çempionatında qələbə seriyasını davam etdirir.
Fanat.Az xəbər verir ki, titulun hazırkı sahibi beşinci turda səfərdə “Uypeşt”ə qalib gəlib - 3:0. Millimizin kapitanı matç ərzində 12 xal qazanıb.
Beləliklə, xalını 15-ə çatdıran "Vaşaş" “Bekeşçaba”dan set fərqinə görə geri qalaraq ikinci pillədə qərarlaşıb.