Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun beşinci - sonuncu turunda İsrail seçməsi ilə üz-üzə gələcək.
Azərbaycan millisi hazırda 5 xalla B qrupunda 2-ci pillədə qərarlaşıb. Özbəkistan 6 xalla 1-ci, dörd xalı olan ev sahibləri isə eyni xala malik Hindistanı əlavə göstəricilərə görə qabaqlayaraq 3-cüdür.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.