Dekabrın 3-4-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə ilin son "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışa yalnız bir idmançı ilə qatılacaq. Bu qadınların 48 kiloqram çəki dərəcəsində yer alan Leyla Əliyevadır.
Bu günədək 68 ölkədən ümumilikdə 393 cüdoçu turnirdə iştirakını təsdiqləyib.
Bəs Azərbaycan yığmasının "Böyük Dəbilqə"yə geniş heyətlə qatılmamasının səbəbi nədir?
Federasiyanın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, yığmanın məşqçilər heyəti ilin son yarışı olan və dünya çempionatından sonra ən çox reytinq reytinq xalı verən "Dünya Ustaları"na daha yaxşı hazırlaşmaq məqsədilə Tokio turnirini buraxmağı məqsədəuyğun bilib.