Noyabrın 26-da Gürcüstanda cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası turniri keçiriləcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Qori şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisinin dörd üzvü iştirak edəcək.
Bunlar Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Səid Mollayidir (81 kq).