Azərbaycanın kişilərdən ibarət şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, B qrupunda ikinci yeri tutan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Vüqar Əsədli və Aydın Süleymanlıdan ibarət Azərbaycan millisi A qrupunun üçüncüsü İspaniya ilə qarşılaşıb.
Reqlamentə əsasən, komandalar arasında iki görüş baş tutub. İlk matçın sonunda heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında 1,5:2,5 hesabı ilə məğlub olan Azərbaycan millisi yarışla vidalaşıb.
Qeyd edək ki, qrup mərhələsində Özbəkistan, ABŞ və İsraili məğlub edən komandamız Polşa ilə heç-heçə edib, Hindistana uduzub. Yarışa noyabrın 25-də yekun vurulacaq.
Dünya çempionatı
1/4 final
İlk oyun
Azərbaycan - İspaniya - 2:2
Şəhriyar Məmmədyarov - Xayme Santos 0,5:0,5
Teymur Rəcəbov - David Guicarro 0,5:0,5
Rauf Məmmədov - Aleksey Şirov 0,5:0,5
Qədir Hüseynov - Daniil Yuffa 0,5:0,5
Cavab oyunu
İspaniya - Azərbaycan 2,5:1,5
Xayme Santos - Şəhriyar Məmmədyarov 0,5:0,5
David Guicarro – Teymur Rəcəbov 1:0
Aleksey Şirov – Qədir Hüseynov 0:1
Migel Santos – Rauf Məmmədov 1:0