Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan komandasının iştirakı ilə batut gimnastikası və tamblinq üzrə dünya yaş qrupları yarışları başlayıb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə 13-14 yaş kateqoriyası üzrə fərdi proqramda batutçu Əli Niftəliyev gümüş medal qazanıb.
Sinxron proqramda isə 12-13 yaşlı həmyaşıdları arasında Əmmar Baxşəliyev və Fərhad Mustafayev bürünc mükafata sahib çıxıblar.