I divizionun XXIV turunda "Neftçala"nı qəbul edəcək "Araz Naxçıvan" məşqlərinə ara vermədən davam edir. Fanat.az xəbər verir ki, ötən həftə Naxçıvana yağan qar səbəbindən komanda stadionunu dəyişmək məcburiyyətində qalıb.
Belə ki, "qırmızı-ağlar" məşqlərini Sərhəd Qoşunlarına məxsus olan arenada davam etdirir. Çox güman ki, komanda oyun gününədək bu stadiondan yararlanacaq.
Fanat.az